Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının ilk yarımfinalçısı müəyyənləşib.
"Report"un məlumatına görə, günün tək oyununda Polşa və Portuqaliya komandaları üz-üzə gəlib.
1/4 final qarşılaşmasında hesabı 2-ci dəqiqədə Robert Levandovskinin qolu ilə Polşa millsi açıb. Lakin Portuqaliya Renato Sanches 33-cü dəqiqədə vurduğu qol ilə Portuqaliyaya bərabərlik gətirib.
Matçın əsas hissəsi 1:1 hesabı ilə başa çatıb. Oyunun əlavə olunmuş dəqiqələrində hesab dəyişməyib və hakim penalti seriyaları təyin edib. 11 metrlik cərimə zərbələri seriyasında Portuqaliya daha dəqiq olub (5:3) və adını yarımfinala yazdırıb.