​AVRO-2016: Almaniya Slovakiyanı darmadağın edərək ¼ finala çıxıb - VİDEO

​AVRO-2016: Almaniya Slovakiyanı darmadağın edərək ¼ finala çıxıb - VİDEO Görüş almanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb
Futbol
26 İyun , 2016 21:54
​AVRO-2016: Almaniya Slovakiyanı darmadağın edərək ¼ finala çıxıb - VİDEO

Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsinin ikinci qarşılaşması oynanılıb.

"Report" xəbər verir ki, Almaniya və Slovakiya arasında baş tutan görüş birincinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab 8-ci dəqiqədə Jerom Boatenqin dəqiq zərbəsindən sonra açılıb. 43-cü dəqiqədə almanların üstünlüyü iki topa çatıb: Mario Qomez adını tabloya yazdırıb. Oyunda son nöqtəni 63-cü dəqiqədə Culian Draksler qoyub.

Almaniya bu qələbə sayəsində ¼ finala vəsiqə qazanıb və bu mərhələdə İtaliya-İspaniya cütünün qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi