​Almaniyada ispan turistlərə hücum edən 6 rusiyalı fanat saxlanılıb

​Almaniyada ispan turistlərə hücum edən 6 rusiyalı fanat saxlanılıb Onların üzərində Rusiya-İngiltərə matçına bilet olub
Futbol
16 İyun , 2016 22:50
​Almaniyada ispan turistlərə hücum edən 6 rusiyalı fanat saxlanılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Yeddi rusiyalı futbol fanatı Almaniyanın Köln şəhərində ispan turistlərlə dalaşıb, onlardan altısı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a polis nümayəndəsi məlumat verib.

"Təqribən 20:00-da Köln kilsəsi qarşısında onlar tərəfindən üç ispana hücum olub. Altısı saxlanılıb, biri qaçıb. Onların üzərində Rusiya-İngiltərə matçına bilet olub, matçda iştirak edib-etmədiklərini bilmirik. Onların Fransadan deportasiya olunub-olunmadıqları da bizə məlum deyil", - deyə agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, bütün saxlanılanların üzərində Moskva təyyarəsinə bilet olub.

Faktla bağlı Rusiya konsulluğu hələ ki, şərh verməyib.

Son xəbərlər

Orphus sistemi