Yunanıstan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yunanıstan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir Bakıda "Redestos" şirkətinin rəsmiləri ilə görüş keçirilib
ASK
7 Mart , 2016 18:01
Yunanıstan Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramov Yunanıstanın “Redestos” şirkətinin vitse-prezidenti Timis Eftimiadisin (Thymis Efthymiadis) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, görüşün məqsədi kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının araşdırılması olub.

"Redestos" şirkətinin vitse-prezidenti T.Eftimiadis şirkətin fəliyyət istiqamətləri haqqında ətraflı məlumat verərək bildirib ki, təmsil etdiyi şirkət 8 ölkədə fəaliyyət göstərir və 500-ə yaxın işçisi var. T.Eftimiadis şirkətin əsasən 4 istiqamətdə ərzaq və bitki mühafizəsi, bitki toxumlarının çoxaldılması, laboratoiya və məsləhət xidmətləri və kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fəaliyyət göstərdiyini və Azərbaycanla qeyd olunan sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Balkan regionunda ən böyük laboratoriyalardan birinin onlara məxsus olduğunu qeyd edib.

İ.Bayramov isə Azərbaycanda kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən biri olduğunu və bu sahəyə göstərilən dövlət yardımları haqqında məlumat verib. Həmçinin, Azərbaycanda kənd təsərrüfatı sahəsinə yerli sahibkarlarla yanaşı, xarici sahibkarların da marağının artdığını qeyd edib. Ölkənin kənd təsərrüfatında pambıqçılığın, tərəvəzçiliyin və tingçiliyin də mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə nazirliyin müvafiq şöbə və qurum rəhbərlərinin iştirakı ilə “Redestos” şirkətinin təklifləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi