Yaxın 4 ildə Azərbaycan aqrar sektorunun orta illik artım tempi 5%-dən çox olacaq

Yaxın 4 ildə Azərbaycan aqrar sektorunun orta illik artım tempi 5%-dən çox olacaq Xidmət sektorunun ÜDM-də payı 2014-cü ildəki 33%-dən 2019-cu ildə 41%-ə qədər artacaq
ASK
18 Fevral , 2016 11:47
Yaxın 4 ildə Azərbaycan aqrar sektorunun orta illik artım tempi 5%-dən çox olacaq

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanda qeyri-neft sənayesi üzrə 2016-2019-cu illərdə orta illik 9,2%-lik artıma nail olunacağı proqnozlaşdırılır. Qeyri-neft bölməsinin aparıcı sahələrindən olan aqrar sektoru üzrə 2016-cı ildə 5,5%, növbəti 3 ildə orta hesabla 5,2% artım proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.  

M.Musayev qeyd edib ki, xidmət sektorunda artımın 2016-cı ildə 4,8%, növbəti üç ildə orta hesabla 5,1% təşkil edəcəyi proqnozlaşdırılır və bu sektorun ÜDM-də payının 2014-cü ildəki 33,4%-dən 2019-cı ildə 40,9%-ə qədər artacağı gözlənilir.

"Turizm sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, müasir standartlara cavab verən infrastrukturun yaradılması və eyni zamanda, beynəlxalq səviyyəli idman və mədəni tədbirlərin keçirilməsi ölkəmizin beynəlxalq arenada tanınmasına, turizmin inkişafına səbəb olacaq. Beləliklə, 2016-2019-cu illər ərzində turizm sektorunun orta hesabla 12,5% artacağı proqnozlaşdırılır", - deyə ASK başçısı qeyd edib.

"Bu il investisiya qoyuluşlarının 18,8 mlrd. manat, o cümlədən xarici investisiyaların 8 mlrd. manat olacağı, neft sektoruna 8 mlrd., qeyri-neft sektoruna isə 10,8 mlrd. manat investisiya yatırılacağı gözlənilir. Növbəti 3 ildə isə investisiyaların 47,3 mlrd. manat, o cümlədən xarici investisiyaların 15,4 mlrd. manat təşkil edəcəyi proqnozlaşdırılır", - deyə M.Musayev müsahibəsində bildirib.

Son xəbərlər

Orphus sistemi