Bakı. 21 iyun.
Onun sözlərinə görə, faktiki olaraq Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsulların həcmi artır: "Gələcəkdə Azərbaycanın bu istiqamətdə Rusiya bazarına həm kənd təsərrüfatı, həm də digər emal məhsulları ilə çıxış etmək imkanları genişdir".
"Digər tərəfdən, Rusiyanın Avropa İttifaqı və Türkiyə ilə münasibətlərinin gərginləşməsi Azərbaycan sahibkarları, istehsalçılarının Rusiya bazarına daha geniş daxil olmaq imkanı verib. Azərbaycanla Rusiyanın çox yaxşı logistika və nəqliyyat əlaqələrinin mövcud olması, məsafə baxımından Rusiyanın daha yaxın ölkə olduğunu nəzərə alaraq, bunun Azərbaycan üçün bir üstünlük olduğunu düşünürəm. Habelə, nəzərə almaq lazımdır ki, Quba-Xaçmaz, Şəki-Zaqatala zonaları Rusiyaya meyvə-tərəvəz ixracı istiqamətində rəqabət üstünlüyünə malikdir", - deyə Mərkəzin rəhbəri əlavə edib.