Vətəndaşlar nazirə pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli üçün müraciət edib

Vətəndaşlar nazirə pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli üçün müraciət edib ​Nazir Heydər Əsədov 30 nəfərin müraciətinə baxıb
ASK
24 Oktyabr , 2015 14:22
Vətəndaşlar nazirə pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli üçün müraciət edib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov Kürdəmir rayonunda Kürdəmir, Ucar, Göyçay, Ağsu və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

"Report"un nazirliyə istinadən verdiyi xəbərə görə, qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikaların alınmasına köməklik göstərilməsi və texniki təminatın atırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, baytarlıq nəzarəti xidmətinin gücləndirilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Heydər Əsədov ölkədə nazrilik tərəfindən Avropada ən böyük süni mayalandırma mərkəzinin yaradılmasını və ölkə başçısının son qərarı ilə süni mayalanma yolu ilə doğulan hər buzova görə 100 manat əlavə subsidiyanın verilməsi, herbisitlərə dəyərinin ödənilməsinə 70 % güzəştlərin tətbiq olunacağı baradə məlumat verib. Qəbul zamanı nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Son xəbərlər

Orphus sistemi