Ukraynada şaxtada metan qazının partlaması zamanı 6 şaxtaçı xəsarət alıb

Ukraynada şaxtada metan qazının partlaması zamanı 6 şaxtaçı xəsarət alıb Hazırda hadisə yerinə polis şöbəsinin istintaq-əməliyyat qrupu işləyir
ASK
26 Avqust , 2016 05:31
Ukraynada şaxtada metan qazının partlaması zamanı 6 şaxtaçı xəsarət alıb

Bakı. 26 avqust. REPORT.AZ/ Ukraynanın Donetsk vilayətindəki şaxtalardan birində metan qazının partlaması zamanı 6 şaxtaçı xəsarət alıb

“Report”un məlumatına görə, bu barədə “İnterfaks” xəbər yayıb.

Məlumata görə, hadisə Donbasda baş verib. Qaz partlayışı ilə əlaqədar müxtəlif dərəcəli xəsarət almış şaxtaçılar xəstəxanaya yerləşdirilib.

Qəzanıb baş verdiyi sahədə 246 şaxtaçı olub. Onların hamısı şaxtadan çıxarılıb.

Hazırda hadisə yerinə polis şöbəsinin istintaq-əməliyyat qrupu işləyir. 

Son xəbərlər

Orphus sistemi