Bakı. 28 avqust. REPORT.AZ/ Türkiyənin Hakkari vilayətində bir neçə terror zərərsizləşdirilib.
"Report"un məlumatına bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Məlumata görə, vilayətin Şəmdinli rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib. Əməliyyat zamanı 9 terrorçu zərərsizləşdirilib.
Atışmada 2 terrorçunun ağır yaralandığı bildirilir.