​Türkiyə Azərbaycanda kənd təsərrüfatına dair strateji layihə həyata keçirəcək

​Türkiyə Azərbaycanda kənd təsərrüfatına dair strateji layihə həyata keçirəcək Əsas diqqət arıçılıq, südçülük və buğda yetişdirilməsinə yönəldilib
ASK
30 Mart , 2015 21:00
​Türkiyə Azərbaycanda kənd təsərrüfatına dair strateji layihə həyata keçirəcək

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycanda kənddən şəhərə insan axınının qarşısının alınması, ərzaq təhlükəsizliyinin və məşğulluğun artırılması kənd təsərrüfatının inkişaf etdirilməsində əsas şərtlərdəndir. 

"Report"un məlumatına görə, bu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) 2015-ci il üçün Azərbaycanda kənd təsərrüfatının inkişafına dair hazırladığı strateji layihəsində yer alan əsas bəndlərdəndir. Layihədə əsas diqqət arıçılıq, südçülük və buğda yetişdirilməsi sahələrini əhatə edir.

Layihədə deyilir ki, Azərbaycanda balın qiyməti kifayət qədər ucuz deyil. Bu, balın az istehsal edilməsi və Sovet dövründən arıçılıqla məşğul olan qurumlar olmadığından ölkədə hələ də arıçılıqla bağlı elmi-inzibati struktur yaradılmaması ilə əsaslandırılır.

"Bu məqsədlə TİKA tərəfindən arıçılığın inkişaf etdirilməsi üçün kəndlilərə arı ailələri, qutuları və arıçılıq üçün zəruri olan dəstlər paylanılıb və kəndlilərə təlimlər keçilir. Layihə çərçivəsində ölkənin şimal, qərb və cənub bölgələrində 400 kəndli təlim keçib, ümumilikdə 3 000 arı saxlanılması üçün qutular və arıçılıq dəsti təqdim edilib. 2015-ci ildə isə arı qutularının 4 000-ə çatması nəzərdə tutulub. Digər kənd təsərrüfatı fəaliyyəti ilə yanaşı, ildə bir neçə ayını arıçılığa həsr edən kəndlilərin əksəriyyəti ayda 500 dollara yaxın gəlir əldə edə bilirlər", - layihədə deyilir.

Qeyd edək ki, hazırda Azərbaycanda arıçılığın markalanması, balın qablaşdırılması və məsələ ilə bağlı laboratoriya strukturunun yaradılması nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi