Tbilisidə hoteldəki yanğın zamanı azərbaycanlı gənclərə dəyən ziyan dəqiqləşdirilir - FOTO

Tbilisidə hoteldəki yanğın zamanı azərbaycanlı gənclərə dəyən ziyan dəqiqləşdirilir - FOTO Hadisəyə səbəb kimi elektrik naqillərindəki qısaqapanmanın baş verməsi göstərilir
ASK
30 Mart , 2016 12:39
Tbilisidə hoteldəki yanğın zamanı azərbaycanlı gənclərə dəyən ziyan dəqiqləşdirilir - FOTO

Tbilisi. 30 mart. REPORT.AZ/ Tbilisidə “Vere Palas” hotelində bu gün səhər saatlarında yanğın olub. Hadisə azərbaycanlı gənc qızlar Nigar Yaqublu və Həcər Abbaslının qaldıqları otaqda baş verib. Nəticədə otaqdakı əşyalar yanıb və istifadəyə yararsız vəziyyətə düşüb.

Hazırda hadisənin baş vermə səbəbləri və azərbaycanlı gənclərə dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.

Qeyd edək ki, N.Yaqublu və H.Abbaslı Tbilisiyə “Cənubi Qafqazın və Ukraynanın Gənc Siyasətçilərinin dördüncü Forumu”nda iştirak etmək üçün gediblər. Hadisə vaxtı gənclər forumda olublar.

İlkin ehtimala görə, hadisəyə səbəb kimi elektrik naqillərindəki qısaqapanmanın baş verməsi göstərilir.

Son xəbərlər

Orphus sistemi