​İsmayıllıda yük avtomobili 70 baş qoyunu vurub - FOTO

​İsmayıllıda yük avtomobili 70 baş qoyunu vurub - FOTO İlkin ehtimala görə, hadisəyə sürücünün yuxulu olması səbəb olub
ASK
29 İyun , 2016 08:53
​İsmayıllıda yük avtomobili 70 baş qoyunu vurub - FOTO

Bakı. 29 iyun. REPORT.AZ/ İsmayıllı rayonunda yük maşını qoyun sürüsünün üstündən keçib. "Report"un məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 10-cu kilometrliyində qeydə alınıb.

Belə ki, Göyçay rayonu istiqamətində hərəkət edən yük avtomobili dağlıq əraziyə gedən qoyun sürüsünü vurub. Nəticədə sürüdə olan 70 başa yaxın qoyun məhv olub.

İlkin ehtimala görə, hadisəyə günün səhər saatlarında sürücünün yuxulu olması səbəb olub. Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi