​SKMF Bərdədə investisiya layihələrinin qəbuluna başlayıb

​SKMF Bərdədə investisiya layihələrinin qəbuluna başlayıb Bu gündən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi Fonduna müraciət edə bilərlər
ASK
11 Mart , 2016 10:51
​SKMF Bərdədə investisiya layihələrinin qəbuluna başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunda investisiya layihələrinin qəbuluna başlayıb. “Report” İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Fond sahibkarlardan müasir istixana kompleksinin, intensiv bağçılıq təsərrüfatının, meyvə-tərəvəz emalı müəssisəsinin, ixtisaslaşdırılan “yaşıl market”in, 3-ulduz hotel, cins heyvandarlıq müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Qeyd edək ki, SKMF martın 3-də Bərdə rayonunun Türkmən kəndində işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi