Şəkidə kənd təsərrüfatı sahəsində müşavirə keçirilib

Şəkidə kənd təsərrüfatı sahəsində müşavirə keçirilib Seminarın əsas məqsədi bitkiçilik məhsullarının keyfiyyətinin yaxşılaşdırılması olub
ASK
11 Fevral , 2015 16:58
Şəkidə kənd təsərrüfatı sahəsində müşavirə keçirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumları - rayon bitki mühafizəsi mərkəzləri, bitkilərin karantin məntəqələrinin əməkdaşları, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçiləri və fermerlərin, ümumilikdə 300 nəfərin iştirakı ilə "Dənli taxıl bitkilərinin xüsusi təhlükəli zərərli orqanizmlərdən mühafizəsinin məhsuldarlığın artırılmasında əhəmiyyəti" mövzusunda regional müşavirə keçirilib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, seminarın keçirilməsində məqsəd pestisidlərin kortəbii tətbiqindən zərərli orqanizmlərin iqtisadi ziyanvermə həddi və entomofaqların səmərəlilik həddi əsasında tətbiqinə keçilməsi yolu ilə kimyəvi mübarizənin rasionallaşdırılması nəticəsində istehsal edilmiş bitkiçilik məhsullarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, ətraf mühitin və insan sağlamlığının qorunmaslı, ölkə ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi və fitosanitar sabitliyin qorunub saxlanması olub.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bildirib ki, 2014-cü ilin sonu və 2015-ci ilin əvvəlində Şəki rayonu üzrə taxıl böcəyinə qarşı 15 930 ha, siçanabənzər gəmiricilərə qarşı isə 4 535 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.

Tədbirdə mütəxəssislər tərəfindən "Respublika ərazisində siçanabənzər gəmiricilərin aşkarlanması və mübarizə tədbirləri" və "Şəki rayonunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda çıxışlar olub, geniş müzakirələr aparılıb, fermerlərə məsləhət və tövsiyələr verilib.

Son xəbərlər

Orphus sistemi