Bakı. 5 oktyabr. REPORT.AZ/
Tədbirdə Nazirliyin bitkiçilik şöbəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə Dövlət Xidməti, “Aqrolizinq” ASC, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, aidiyyəti elmi-tədqiqat institutları, yerli icra hakimiyyəti orqanları, eləcə də fermer və sahibkarlar olmaqla ümumilikdə 500 nəfərdən artıq nümayəndə iştirak edib.
Müşavirədə Nazirliyin nümayəndələri şumlama və digər torpaq becərmə işlərinin və səpinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonradan ənənəvi üsulla şumlama aparılması, eyni zamanda resurslara qənaət edən müasir texnologiyalar əsasında torpağın minimal və sıfır becərilməsi üsulu ilə səpin aparılması, aqrotexniki tələblərə uyğun olaraq şum altına və səpinlə birlikdə gübrələrin tətbiqi əyani şəkildə nümayiş etdirilib. Fermerləri maraqlandıran məsələlər onlara izah olunub, fikir mübadiləsi aparılıb, onlara məxsus əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün müvafiq tövsiyələr verilib.