Şamaxıda payızlıq taxıl səpini ilə bağlı regional müşavirə keçiriləcək

Şamaxıda payızlıq taxıl səpini ilə bağlı regional müşavirə keçiriləcək Tədbirdə hökumət nümayəndələri və sahibkarlar iştirak edəcəklər
ASK
1 Oktyabr , 2015 15:01
Şamaxıda payızlıq taxıl səpini ilə bağlı regional müşavirə keçiriləcək

Bakı. 1 oktyabr. REPORT.AZ/ Sabah Şamaxı rayonunda tarla şəraitində “Payızlıq taxıl səpini üçün şumun və səpinin optimal müddətdə başa çatdırılması” mövzusunda regional müşavirənin keçirilməsi planlaşdırılır. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a daxil olan xəbərə görə, tədbirdə Nazirliyin bitkiçilik şöbəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, “Aqrolizinq” ASC, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, aidiyyəti elmi-tədqiqat institutları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də fermer və sahibkarların iştirakları nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi