Sabahdan Azərbaycanda baytarlıq-sanitariya qaydalarına nəzarət gücləndiriləcək

Sabahdan Azərbaycanda baytarlıq-sanitariya qaydalarına nəzarət gücləndiriləcək Dövlət Baytarlıq Nəzarəti Xidməti Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
ASK
11 Mart , 2016 12:40
Sabahdan Azərbaycanda baytarlıq-sanitariya qaydalarına nəzarət gücləndiriləcək

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanda Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) strukturları 12-20 mart tarixlərində Bakıda təşkil ediləcək kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında, eləcə də bayram ərəfəsi və bayram günlərində digər şəhər və rayonlarda keçiriləcək yarmarkalarda, bazarlarda əhalini keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin etmək, insanların sağlamlığını qorumaq, ticarət yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi nəzarətin aparılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

DBNX-dən "Report"a verilən məlumata görə, bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əmr imzalayıb.

Əmrdə bayram ərəfəsi və bayram günlərində rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə heyvan və heyvan mənşəli məhsullarının satışı yerlərində ətin və digər heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi, ticarət üçün ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan, heyvan mənşəli məhsulların və xammalın satışının qarşısının alınması, bazarlarda və yarmarkalarda baytarlıq-sanitariya ekspertiza işlərində keyfiyyətin artırılması tapşırılıb.

Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində təşkil edilmiş yarmarkalara çıxarılacaq heyvan və heyvan mənşəli məhsulların vaxtında və yerindəcə müayinələrinin yüksək səviyyədə təşkili üçün səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi