Rusiya Misirdən sitrus meyvələrinin idxalına qadağa qoya bilər

Rusiya Misirdən sitrus meyvələrinin idxalına qadağa qoya bilər Buna səbəb Misirin kənd təsərrüfatı məhsullarında fitosanitar riskin artmasıdır
ASK
13 Sentyabr , 2016 17:06
Rusiya Misirdən sitrus meyvələrinin idxalına qadağa qoya bilər

Bakı. 13 sentyabr. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət üzrə Dövlət Xidməti ("Rosselxoznadzor") Misirdən sitrus meyvələrinin idxalına müvəqqəti qadağa qoya bilər. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Misirin kənd təsərrüfatı məhsullarında fitosanitar riskin artmasıdır.

Qurum bəyan edib ki, Misirdən idxal olunan sitrus meyvələrində beynəlxalq və yerli fitosanitar normaların pozulması halları aşkar edilib. Bu isə narahatlıq yaradır.

"Rosselxoznadzor"dan o da bildirilib ki, məsələ ilə bağlı Misir tərəfinə dəfələrlə müraciət edilib. Amma bu ölkənin Kənd Təsərrüfatı və Torpaqların Meliorasiyası Nazirliyi bitkilərin karantini üzrə mərkəzi administrasiyası vəziyyəti dəyişmək, fitosanitar riski azaltmaq üçün lazımi tədbirlər görməyib. Hazırda ümid iki ölkə arasında aparılacaq danışıqlara qalıb.

Son xəbərlər

Orphus sistemi