​Rusiya mətbuatı: "Azərbaycanın Rusiya ərzaq bazarında mövqelərini daha da gücləndirmək üçün real şansı var"

​Rusiya mətbuatı: "Azərbaycanın Rusiya ərzaq bazarında mövqelərini daha da gücləndirmək üçün real şansı var" Şimal tərəfdaşımız ölkənin aqrar-sənaye kompleksinin imkanlarını şərh edib
ASK
30 İyun , 2015 13:06
​Rusiya mətbuatı: Azərbaycanın Rusiya ərzaq bazarında mövqelərini daha da gücləndirmək üçün real şansı var

Bakı. 30 iyun. REPORT.AZ/ Bu il aqrar məhsulların yoxlanılma nəticələrinin qarşılıqlı tanınması haqqında gömrük qurumları arasındakı müqavilələr sayəsində Azərbaycanın istər federal səviyyədə, istərsə də regionların xətti ilə ərzaq seqmentində Rusiya bazarında öz mövqelərini əlavə gücləndirmək üçün real şansları var. "Report" xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta"da dərc olunan "Azərbaycan iqtisadiyyatı Rusiya idxalının əvəzləməsinə kömək edir" adlı məqalədə qeyd edilir.

Məqalədə bildirilir ki, Azərbaycan aqrar brendlərinin irəliləməsində böyük təkan ölkənin milli pavilyonunun Moskvada Ümumrusiya Sərgi Mərkəzində yenilənməsi olacaq.

Azərbaycanın sosial-siyasi iqlimin formalaşdığı qeyd edilən məqalədə yazılıb ki, artıq hansısa dərəcə siyasi brend olan Azərbaycanın sabitliyi təkcə tərəfdaş işarəsi kimi deyil, həm də Rusiyaya qarşı zamanla yoxlanılmış dostluq münasibəti kimi formalaşır.

Sadalanan səbəblər arasında zamanla sazlanmış irimiqyaslı logistika əlaqələri də göstərilir: "Azərbaycandan Rusiyaya ixrac strukturunu formalaşdıran məhsul qrupları arasında kənd təsərrüfatı məshulları demək olar bütün postsovet illərində ( Azərbaycanın RF-yə bütün ixrac həcminin 40-46%-i həcmindən az olmayaraq) liderlik edib. Bu gün Azərbaycan Rusiya bazarına kənd təsərrüfatı məhsullarının tədarükündə şübhəsiz liderdir - ümumi illik həcm 300 mln. dollar həddini aşır. Müqayisə üçün bildirilir ki, Rusiyaya kənd təsərrüfatı məshullarının əsas tədarükçülərindən biri olan İsrail 2014-cü ildə  Rusiyaya 277 mln. dollarlıq tərəvəz məhsulları və 83,9 mln. dollarlıq meyvə ixrac edib. Yeri gəlmişkən, Rusiyanın rəsmi statistik məlumatlarına görə, 2014-2015-ci illərin payız-qış mövsümündə Azərbaycan Rusiyaya 33 min ton alma ixrac edib. Bu, Azərbaycanın tədarükçü ölkələr arasında ilk üçlüyə daxil olmasına imkan verib. Bununla da Azərbaycanın Rusiyanın Polşa və Moldova kimi ənənəvi tərəfdaşlarını geridə qoyub".

Daha sonra məqalədə yazılıb ki, Azərbaycanın aqrar-sənaye kompleksinin müasir səviyyəsi ölkənin əlverişli coğrafi və iqlim resurslarını onsuzda gücləndirir. Düzgün iqtisadi siyasət, irihəcmli infrastruktur investisiyaları, həmçinin aparıcı aqrar texnologiyalara üstünlük verilməsi Azərbaycanın aqrar istehsalını yeni səviyyəyə çıxarmağa imkan verib. Son 10 il müddətində ölkədə kənd təsərrüfatının artımı demək olar ki, 50% təşkil edib, bu isə artımın ortadünya templərini xeyli üstələyir.

"Təbii ki, bu cür güclü aqrar baza Rusiya idarəçilərinin və iri regionların rəhbərlərinin diqqətindən kənarda qala bilməzdi. Əsasən, 2014-cü ildə Moskva hökumət nümayəndələri iri satış şəbəkələrinin top-menecerləri ilə Bakıya səfər etmişdilər. Həmin vaxt imzalanmış müqavilələrin demək olar ki, 50-si indi Azərbaycanın tərəvəz, meyvə, quş əti məhsullarının Moskva ticarət şəbəkələrinə Moskva Ticarət və xidmət Departamentinin nəzarəti altında tədarük olunma şərtlərini müəyyənləşdirir", - deyə məqalədə qeyd edilib.

Son xəbərlər

Orphus sistemi