Rusiya aviasiyası “Cebhat ən-Nusra” qruplaşmasını hədəf alıb

Rusiya aviasiyası “Cebhat ən-Nusra” qruplaşmasını hədəf alıb Zərbələr terrorçuların Hələb və Nərb-Nafsa şəhərləri ətrafındaki mövqelərinə yönəlib
ASK
1 Mart , 2016 06:08
Rusiya aviasiyası “Cebhat ən-Nusra” qruplaşmasını hədəf alıb

Bakı. 1 mart. REPORT.AZ/ Rusiya hərbi aviasiyası terrorçu "Əl Qaidə"nin Suriyadakı qolu -"Cebhat ən-Nusra" qruplaşmasının mövqelərinə zərbələr endirib.

"Report" RİA "Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir.

Zərbələr Hələb və Nərb-Nafsa şəhərləri ətrafındaki mövqelərə yönəlib.

"Cebhat ən-Nusra" qruplaşmasının üzvləri Bəşşar Əsədin qüvvələrinın Nərb-Nafsa şəhəri yaxınlığındaki mövqelərini və yaxınlıqdakı yaşayış məntəqələrini artilleriya atəşinə tutublar. Buna cavab olaraq Rusiya aviasiyası terrorçulara zərbələr endirib”, - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi