​Qubada heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri müzakirə edilib

​Qubada heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri müzakirə edilib Rayonda Kənd Təsərüfatı Nazirliyi zona müşavirəsi keçirib
ASK
30 İyun , 2015 20:49
​Qubada heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri müzakirə edilib

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Quba rayonunda heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinə edilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri ilə bağlı zona müşavirəsi keçirilib.

"Report" xəbər verir ki, zona müşavirəsində Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz və Xızı rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri, heyvandarlıq mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər iştirak edib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək, 2015-ci ilin "Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yollarından, yem istehsalının tələbata uyğun təşkilindən,heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalardan, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkilindən və arıçılığın daha da inkişaf etdirilməsindən ətraflı məlumat verib.

Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat, Baytarlıq Elmi-Tədqiqat, Yemçilik, Çəmənçilik və Otlaqlar Elmi-Tədqiqat institutlarının və Göygöl Süni Mayalama Mərkəzinin direktorlarının heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatları və çıxışları olub.

Son xəbərlər

Orphus sistemi