Qobustanda fermerlərin maliyyə savadlılığının yüksəlməsi üçün seminar keçirilib

Qobustanda fermerlərin maliyyə savadlılığının yüksəlməsi üçün seminar keçirilib Təlimin məqsədi fermerlərə büdcənin tərtibi və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq olub
ASK
29 İyul , 2016 19:05
Qobustanda fermerlərin maliyyə savadlılığının yüksəlməsi üçün seminar keçirilib

Bakı. 29 iyul. REPORT.AZ/ "Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” (AZAFF) layihəsi çərçivəsində fermerlərin maliyyə savadlığına həsr olunmuş növbəti seminar Kənd Təsərrüfatı Nazirliyi nəzdində Kənd Təsərrüfatı layihələrinin və kreditlərinin idarə olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu gün nazirliyin Qobustan Rayon İdarəsində keçirilib. 

"Report" nazirliyə istinadən xəbər verir ki, sayca 4-cü olan bu seminarda planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksityaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması təlimin əsas mövzularından idi. Təlimdə 26 yerli və ətraf rayonlardan cəlb olunan fermerlər iştirak edib.

 Kənd Təsərrüfatı Nazirliyi Qobustan Rayon İdarəsinin rəhbəri Hüseynov Həsənağa bildirib ki, bu tip seminarlar fermerlərin maliyyə savadlığını artıraraq istər ailə büdcəsi, istərsə də banklarla münasibətlərin yaxşılaşdırılmasında mühüm rol oynayır.

Bundan sonra layihənin aparıcı eksperti İlqar Tağıyev “Fermerlərin Maliyyə savadlığının artırılması” təliminə başlayıblar. İnteraktiv keçən təlimdə tədris materiallarının fermərlərə izahı ilə yanaşı, onların öyrəndiklərini nümunələr üzərində praktiki tətbiqi həyata keçirilib. Tədbir əsnasında fermerlərə özündə maliyyə, ailə büdcəsi, əmanətlər və kreditlər üzrə vacib məlumatları əks etdirən xüsusi tədris vəsaiti də verilib. Təlimin məqsədi fermerlərə büdcənin tərtibi və maliyyə məsələləri üzrə düzgün qərarların verilməsini vurğulamaq olub. Seminar ərzində fermerləri maraqlandıran suallar və məsələlər də müzakirə olunub. Tədbirin sonunda fermerlərə iştirak barədə sertifikatlar təqdim olunub.

AZAFF Avropa İttifaqı və Avropa Yenidənqurma və İnkişaf Bankının müştərək layihəsidir. AZAFF layihəsi çərçivəsində fermerlərə maliyyə savadlığı mövzusunda təlimlərin gələcəkdə davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi