Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır
ASK
20 İyul , 2016 12:56
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

Qəbələ. 20 iyul. REPORT.AZ/ Qəbələ rayonunda yolu keçmək istəyən piyadını maşın vurub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə iyun ayının 29-da baş verib. Rayonun Mıxlıqovaq kənd sakini Müşfiq Muradxanov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçmək istəyən rayon sakini Şair Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən Ş.Əliyev ötən gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi