"Qarabağ" - "Göteborq" qarşılaşması "İdman Azərbaycan"da yayımlanacaq

"Qarabağ" - "Göteborq" qarşılaşması "İdman Azərbaycan"da yayımlanacaq Oyun sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək
ASK
17 Avqust , 2016 19:41
Qarabağ - Göteborq qarşılaşması İdman Azərbaycanda yayımlanacaq

Bakı. 17 avqust. REPORT.AZ/ Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın "Qarabağ" klubu sabah İsveçin "Göteborq" komandasının qonağı olacaq.

"Report" "Qarabağ" futbol klubunun saytına istinadən xəbər verir ki, bu qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. Oyun sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, avqustun 25-də baş tutacaq cavab görüşü də "İdman Azərbaycan" kanalında canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi