Oktyabrın 1-dən 30-dək Bakıda növbəti bal yarmarkası keçiriləcək

Oktyabrın 1-dən 30-dək Bakıda növbəti bal yarmarkası keçiriləcək Yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 25-dək anbara təhvil verməlidir
ASK
10 Sentyabr , 2014 17:23
Oktyabrın 1-dən 30-dək Bakıda növbəti bal yarmarkası keçiriləcək
Bakı. 10 sentyabr.REPORT.AZ/ Bakı şəhərində növbəti bal yarmarkası oktyabrın 1-dən 30-dək keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə təşkil olunan bu, arıçılıq sərgi-satış yarmarkası paytaxtda Nizami küçəsi, 92 ünvanında keçiriləcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, yarmarkanın açılış mərasimi oktyabrın 1-də olacaq. Yarmarkada iştirak etmək istəyən arıçılar məhsullarını sentyabrın 10-dan 25-dək müəyyən sənədlərlə birlikdə mühafizə olunan anbara təhvil verməlidir. Anbar "28 May" metro stansiyasının yaxınlığında, keçmiş Bakı Ayaqqabı Fabrikinin binasında yerləşir.

Qeyd edək ki, yarmarkada məhsulların satış qiymətləri sərbəst olacaq.

Eyni zamanda, sentyabrın 29-da arıçılığa həsr edilmiş seminarın keçirilməsi nəzərdə tutulur və seminarın sonunda şəffaflığın təmin edilməsi məqsədi ilə yerlərin püşkatması keçiriləcək. Püşkatmada bütün arıçıların iştirakı arzu olunur.

Son xəbərlər

Orphus sistemi