Obama Ebola xəstəliyinə qarşı mübarizənin gücləndirilməsini istəyir

Obama Ebola xəstəliyinə qarşı mübarizənin gücləndirilməsini istəyir "Afrikada epidemiya dayandırılmayana qədər insanlar üçün risk qalmağa davam edir"
ASK
19 Noyabr , 2014 01:03
Obama Ebola xəstəliyinə qarşı mübarizənin gücləndirilməsini istəyir

Bakı. 19 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlarda Ebola xəstəliyinə qarşı mübarizə səylərinə rəhbərlik edən komandanın üzvləri ilə görüşüb.

O qeyd edib ki, ABŞ-da Ebola diaqnozu qoyulmuş xəstələrin müalicə edilib sağalmasına baxmayaraq, bu xəstəliyə qarşı mübarizə səylərində tam uğura nail olmaq üçün hələ vaxt lazımdır.

Obamanın sözlərinə görə, Afrikada Ebolanın hələ də yayılması xəstəliyə qarşı mübarizə səylərinin davam etdirilməsinin vacibliyini göstərir. “Bu, regionun xəstəlikdən tamamilə azad olmasına qədər səylərin davam etdirilməsinin əhəmiyyətini göstərir”- deyə o bildirib.

Obama deyib ki, Qərbi Afrikada epidemiya dayandırılmayana qədər bütün dünyada insanlar üçün hələ də müəyyən risk qalmağa davam edir.

Son xəbərlər

Orphus sistemi