​Nigeriyada baş verən terror aktı nəticəsində 20-dən çox insan həyatını itirib

​Nigeriyada baş verən terror aktı nəticəsində 20-dən çox insan həyatını itirib Terrorçular Nigeriyanın şimalında yerləşən Borno əyalətindəki kəndlərdən birinin 21 sakinini qətlə yetirib
ASK
25 İyul , 2015 15:47
​Nigeriyada baş verən terror aktı nəticəsində 20-dən çox insan həyatını itirib

Bakı. 25 iyul. REPORT.AZ/ Terrorçuların hücumu nəticəsində Nigeriyanın şimalında yerləşən Borno əyalətindəki kəndlərdən birinin ən azı 21 sakinini qətlə yetirib.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə France-Presse agentliyi məlumat yayıb.

"Terrorçular cümə günü yerli vaxtla saat 9:00 radələrində kəndə hücum edərək, dinc sakinlərə atəş açmağa başlayıblar", - hadisə şahidləri bildirib.

"21 adam dünyasını dəyişib", - kəndin digər sakini deyib. Ştat polisinin nümayəndəsi hücumla bağlı məlumatı təsdiq edərək, qurbanlarının sayını dəqiqləşdirməyib.

Nigeriyada, artıq çoxdandır ki, qərb təhsil modelinə qarşı çıxış edən və ölkədə şəriət qanunlarının tətbiqinə nail olmaq istəyən "Boko Haram" radikal islamçı qruplaşması fəaliyyət göstərir. Qruplaşmanın ölkədə müntəzəm baş verən terror hücumlarının əksəriyyətində əli olduğu güman edilir. 

Son xəbərlər

Orphus sistemi