Nazirlik rəsmisi: "Azərbaycanda əkin yerlərinin yandırılması kəskin azalıb"

Nazirlik rəsmisi: "Azərbaycanda əkin yerlərinin yandırılması kəskin azalıb" Azərbaycanda əkin yerlərini yandıranlara cərimələrin tətbiq edilməsindən sonra bu hallar kəskin azalıb.
ASK
15 Mart , 2024 11:54
Nazirlik rəsmisi: Azərbaycanda əkin yerlərinin yandırılması kəskin azalıb

Azərbaycanda əkin yerlərini yandıranlara cərimələrin tətbiq edilməsindən sonra bu hallar kəskin azalıb.

Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev bildirib.

"Əkin yerləri yandırılarkən bitki qalıqları, torpağın humus qatı, faydalı torpaq mikroflorası və mikrofaunası məhv olur. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq azalır", - deyə o qeyd edib.

Nazirlik rəsmisi yararsız torpaqların əkin dövriyyəsinə qaytarılması məsələsinə də münasibət bildirib: “Torpaqların kənd təsərrüfatına yararlılıq dərəcəsi var. Bu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid məsələdir. Qurum ölkədə irimiqyaslı torpaq kadastrı aparır, yer quruluşu qaydasında torpaqların kənd təsərrüfatına yararlılığını müəyyən edir. Hər il torpaq balansı tərtib edilir, burada kənd təsərrüfatı torpaqları göstərilir. Bu gün torpaqlar şərti yararsız ola bilər. Bu kimi torpaqları zamanla yararlı hala gətirib, əkin dövriyyəsinə qaytarmaq mümkündür. Dünyada təbii resursların deqradasiya uğraması bizi sövq edir ki, torpaq resurslarından ehtiyatla istifadə edək”.

Son xəbərlər

Orphus sistemi