Bakı. 25 may. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən kənd təsərrüfatı yarmarkaları müvəqqəti olaraq fəaliyyətini dayandırıblar. Bunu "Report"a açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə bu yarmarkaların daha səmərəli yerlərdə təşkil edilməsi üçün danışıqlar gedir.
"Bəzi yerlərdə narazılıq yaranmışdı. Lakin indi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müzakirələr aparılır. Dəqiq ərazilər müəyyən edildikdən sonra kənd təsərrüfatı məhsullarının satış yarmarkaları yenidən təşkil olunacaq", - nazir qeyd edib.