​Naxçıvanda daha çox əkin aparılan rayonlar açıqlanıb

​Naxçıvanda daha çox əkin aparılan rayonlar açıqlanıb Muxtar respublikada 56 min 487 hektar torpaq xüsusi mülkiyyətə aiddir
ASK
19 Yanvar , 2016 13:02
​Naxçıvanda daha çox əkin aparılan rayonlar açıqlanıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında olan 550 min 275 hektar torpaq sahəsinin 186 min 131 hektarı dövlət, 307 min 657 hektarı bələdiyyə, 56 min 487 hektarı isə xüsusi mülkiyyətə aiddir.

"Report" muxtar respublikanın Statistika Komitəsinə istinadən məlumat verir ki, 2015-ci ildə 61 min 414 hektar sahədə əkin aparılıb. Bu da 2008-ci ilin məhsulu üçün əkilmiş sahədən 2503,3 hektar və ya 4,3 faiz çoxdur.

Ümumi əkin sahəsinin 2095 hektarı Naxçıvan şəhərinin, 17 min 115 hektarı Şərur, 16 min 172 hektarı Babək, 3933 hektarı Ordubad, 7718 hektarı Culfa, 8152 hektarı Kəngərli, 2655 hektarı Şahbuz və 3574 hektarı Sədərək rayonlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi