Meksikada quldurların hücumu zamanı 5 polis əməkdaşı xəsarət alıb

Meksikada quldurların hücumu zamanı 5 polis əməkdaşı xəsarət alıb Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.
ASK
26 Avqust , 2016 04:10
Meksikada quldurların hücumu zamanı 5 polis əməkdaşı xəsarət alıb

Bakı. 26 avqust. REPORT.AZ/ Meksikada quldurların hücumu zamanı 5 polis əməkdaşı yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Tamaulipas şəhərində qeydə alınıb.

Cinayətkarlarla atışma zamanı güllələrdən biri polis maşınının benzin çəninə düşüb və avtomobil əvvəlcə yanıb, sonra isə partlayıb. Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Federal polis quldurların axtarışına başlayıb.

Bu, son günlər Meksika polisinə ikinci hücumdur. Bir qədər əvvəl Herrero ştatında da polis cinayətkarların hücumuna məruz qalmışdı və 3 asayiş keşikçisi yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi