​Meksika ilə Azərbaycan arasındakı əməkdaşlıq müzakirə edilib

​Meksika ilə Azərbaycan arasındakı əməkdaşlıq müzakirə edilib Hər iki ölkənin qurumları arasında əlaqələrin qurulmasına dair öz maraqlarını ifadə edilib
ASK
17 Aprel , 2016 01:16
​Meksika ilə Azərbaycan arasındakı əməkdaşlıq müzakirə edilib

Bakı. 16 aprel. REPORT.AZ/ Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov ilə görüş keçirib.

Meksikanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə K.Həsənov komitənin əsas fuksiya və fəaliyyətin vacib sahələrindən məlumat verib.

Səfir Labardini öz növbəsində, ilin hər dəqiqəsində Meksikanın xarici ticarət həcminin 1.5 milyon dollardan artıq olması daxil olmaqla ölkə iqtisadiyyatının mühüm göstəriciləri, həmçinin, ikitərəfli əməkdaşlığın mümkün sahələrini vurğulayıb.

Bundan əlavə, diplomat Meksikada Əmlak və Ticarətin Dövlət Reyestri və Milli Aktivlərin İdarəedilməsi və Qiymətləndirilməsi İnstitutu tərəfindən görülən işlər haqqında söz açıb.

Tərəflər hər bir cəmiyyətdə əmlak mövzusunun vacib olmasının qeyd ediblər, belə ki müvafiq əməliyyatlara hüquqi dəqiqliyin verilməsi millətlərin inkişafı və yüksəlişinə xidmət edir.

Həmçinin, tərəflər sözügedən sektorda əməkdaşlığın pespektivləri haqqında fikir mübadiləsi aparıb, hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin qurulması və genişlənməsinə dair öz maraqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi