​Lənkəranda sahibkarlara 104 mln. manat güzəştli kredit verilib

​Lənkəranda sahibkarlara 104 mln. manat güzəştli kredit verilib Yardımlıda arıçılığın inkişafı stimullaşdırılır
ASK
11 Noyabr , 2015 16:20
​Lənkəranda sahibkarlara 104 mln. manat güzəştli kredit verilib

Bakı. 11 noyabr. REPORT.AZ/ Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 67 sahibkara 563,5 min manat güzəştli kredit verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, verilmiş kreditlər əsasən heyvandarlıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Yardımlıda güzəştli kredit verilmiş arıçılıq təsərrüfatlarına baxış keçirilib.

Tədbirdə Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Yardımlı rayonundan olan 303 sahibkara 2,5 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 650-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 697 investisiya layihəsinin maliyyələşdirilməsinə 103,9 mln. manat güzəştli kredit verilib”.

Ş.Abdullayev bildirib ki, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzləri, taxıl anbarı, cins heyvandarlıq kompleksləri, quşçuluq fabrikləri, çörək zavodları və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib. Bu layihələr 11 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb.

Son xəbərlər

Orphus sistemi