Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub Texniki siyasət şöbəsinə yeni müdir təyin edilib
ASK
10 İyun , 2016 16:13
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub

Bakı. 10 iyun. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. "Report"un əldə etdiyi məlumata görə, Nazirliyin texniki siyasət şöbəsinin müdir müavini vəzifəsini müvəqqəti icra edən Köçəri İmanov həmin şöbəyə müdir təyin edilib.

Bununla bağlı kənd təsərrüfatı naziri Heydər Əsədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, K.İmanovdan öncə bu vəzifəni Rəşid Səfərov icra edirdi. O, ötən il təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə vəzifəsinin icrasını dayandırıb və təqaüdə çıxıb.

Son xəbərlər

Orphus sistemi