Kənd Təsərrüfatı Nazirliyində geniş toplantı keçirilib

Kənd Təsərrüfatı Nazirliyində geniş toplantı keçirilib Nazir Heydər Əsədov ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğını vurğulayıb
ASK
11 İyul , 2016 20:06
Kənd Təsərrüfatı Nazirliyində geniş toplantı keçirilib

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyində müvafiq şöbə və qurumların rəhbərlərinin iştirakı ilə iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sahənin inkişafı ilə bağlı prioritet hesab edilmiş məsələlərin müzakirəsinə dair geniş toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Heydər Əsədov ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğını vurğulayıb. Sonra hər bir sahə üzrə mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub.

Müzakirələrdə nazir əkin dövriyyəsinə daxil olan torpaqların istifadə mexanizminin qısa müddətdə hazırlanması, aqrokimya laboratoriyalarıının yenidən qurulması və ən müasir avadanlıqlarla təchiz edilməsi, istehsal olunan məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının dəqiq və şəffaf statistik uçotunun aparılmasının vacibliyini bildirib. Rayon kənd təsərrüfatı idarələrinin fəaliyyətinin tənzimlənməsi üçün texniki təminatın, elektron xidmətlərin və kadr hazırlığının səviyyəsinin yüksəldilməsinə ehtiyac duyulduğunu vurğulayıb. Həmçinin özəl baytarlıq xidmətinin yaranması üçün müvafiq tədbirlərin görülməsi, “Aqrolizinq” ASC xətti ilə ən müasir texnika və texnoloji avadanlıqların gətirilməsi, Avropa təcrübəsindən istifadə etməklə subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi üçün qısa zamanda təkliflərin hazırlanması barədə göstəriş verib. 

Heydər Əsədov bildirib ki, toxumçuluğun maddi-texniki bazasının təkmilləşdirilməsi üçün ilkin tenderlərin keçirilməsi, baramaçılığın inkişafı üçün çəkil plantasiyalarının salınması, aqrar elmin yenidən təşkili ilə bağlı təkliflər də operativ olaraq hazırlanmalıdır.

Nazir müzakirə edilən məsələlərin qısa zamanda həll olunması üçün şöbə və qurumlara müvafiq tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi