​Kənd Təsərrüfatı Nazirliyində elektron sənədləşməyə keçidlə bağlı iclas keçirilib

​Kənd Təsərrüfatı Nazirliyində elektron sənədləşməyə keçidlə bağlı iclas keçirilib İclasda kargüzarlığın aparılması və elektron sənəd dövriyyəsinə keçiddə operativliyin təmin edilməsi məsələləri müzakirə olunub
ASK
3 Fevral , 2015 17:45
​Kənd Təsərrüfatı Nazirliyində elektron sənədləşməyə keçidlə bağlı iclas keçirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyində struktur bölmələrin rəhbərlərinin iştirakı ilə kargüzarlığın aparılması və elektron sənəd dövriyyəsinə keçidlə əlaqədar iclas keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, iclasda aparatın rəhbəri İlham Bayramov kargüzarlığın aparılması və elektron sənəd dövriyyəsinə keçiddə operativliyi təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb, mövcud çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

İclasda nazirliyə daxil olan sənədlərin icrasının "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"ın tələblərinə uyğun qaydada aparılması, mövcud çatışmazlıqların aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin yüksək səviyyədə həyata keçirilməsi, müraciətlərin operativ cavablandırılması, qısa zamanda elektron sənəd dövriyyəsinə keçid və s. məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi