​Kənd Təsərrüfatı Nazirliyi tender elan edib

​Kənd Təsərrüfatı Nazirliyi tender elan edib Tender aqrokimya laboratoriyaları üçün avadanlıqların alınması məqsədi ilə təşkil olunub
ASK
16 Avqust , 2016 11:48
​Kənd Təsərrüfatı Nazirliyi tender elan edib

Bakı. 16 avqust. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi aqrokimya laboratoriyaları üçün tələb olunan laboratoriya avadanlıqlarının alınması və quraşdırılması məqsədilə açıq tender elan edib.

“Report” xəbər verir ki, müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 350 manat məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra əsas şərtlər toplusunu Kənd Təsərrüfatı Nazirliyindən ala bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri sentyabrın 5-i saat 17:00-a qədər, tender təklifi və bank zəmanətini isə sentyabrın 14-ü saat 17:00-a qədər Nazirliyə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

İddiaçıların təklifləri sentyabrın 15-i saat 11:00-da Nazirlikdə açılacaq.

Son xəbərlər

Orphus sistemi