​Kənd Təsərrüfatı Nazirliyi Samuxda regional müşavirə keçirəcək

​Kənd Təsərrüfatı Nazirliyi Samuxda regional müşavirə keçirəcək Tədbir yazlıq bitkilərin əkini mövzusuna həsr olunub
ASK
7 Aprel , 2015 11:30
​Kənd Təsərrüfatı Nazirliyi Samuxda regional müşavirə keçirəcək

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 8-də Kənd Təsərrüfatı Nazirliyi Samux rayonunda “Yazlıq bitkilərin əkini və payızlıq əkinlərdə aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda regional müşavirə keçirəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Nazirliyin Aparatı, Xidmətləri, “Aqrolizinq” ASC, Aqrar Elm Mərkəzi, aidiyyəti elmi-tədqiqat institutları, Nazirliyin Samux, Göygöl, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında fəaliyyət göstərən qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də fermer və sahibkarların iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi