Kənd təsərrüfatı nazirinin müavini: "Qatqıların da ölkədə istehsalı üçün çalışırıq"

Kənd təsərrüfatı nazirinin müavini: "Qatqıların da ölkədə istehsalı üçün çalışırıq" İlham Quliyev: "Sudan istifadə tarifinin artırılması kənd təsərrüfatı istehsalçılarına təsir etməyəcək"
ASK
18 May , 2016 13:26
Kənd təsərrüfatı nazirinin müavini: Qatqıların da ölkədə istehsalı üçün çalışırıq

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycanda sudan istifadə tarifinin artırılması kənd təsərrüfatı ilə məşğul olan şəxslərə ciddi təsir etməyəcək. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirin müavini İlham Quliyev deyib: "Hesab edirəm ki, kənd təsərrüfatı ilə məşğul olan şəxslərə məxsus torpaq sahələri o qədər də böyük olmadığına görə, suyun qiymətinin artırılması onlara mənfi təsir etməyəcək".

İ.Quliyev, həmçinin bildirib ki, suvarmanın texniki imkanlarının artırılması üçün işlər aparılmalıdır. 

Bundan başqa nazir müavini ölkədə yerli kənd təsərrüfatı məhsulları, o cümlədən taxıl istehsalının inkişaf perspektivlərinə də münasibət bildirib: "Bir müddət əvvəl buğda idxalçıları, makaron istehsalçıları və digər aidiyyəti sahələrin nümayəndələri ilə Nazirlikdə görüş keçirilib və onlar da bildiriblər ki, yerli buğda daha keyfiyyətlidir. Lakin bəzi qatqılara ehtiyac var. Biz həmin qatqıların da ölkədə istehsalı üçün çalışırıq. Düşünürəm ki, tezliklə nəinki buğda, digər kənd təsərrüfatı məhsulları üzrə də tələbatı 100% yerli istehsal hesabına təmin edəcəyik".

Son xəbərlər

Orphus sistemi