Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaş qəbulu keçirəcək

Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaş qəbulu keçirəcək Qəbul fevral ayının 25-nə təyin olunub
ASK
17 Fevral , 2016 14:16
Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaş qəbulu keçirəcək

Bakı. 17 fevral. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov fevral ayının 25-də Yevlaxda vətəndaşlarla görüşəcək. Görüşdə bu Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı, habelə Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilərlər.

"Report"un Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Nazirliyə (012) 493-51-64, (050) 352-06-27) müraciət etməlidir.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilər.

Son xəbərlər

Orphus sistemi