Bakı. 24 aprel. REPORT.AZ/ Kənd təsərrüfatı naziri
Nazirliyin mətbuat xidmətinin "Report"a verdiyi məlumata görə, qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, yonca toxumu təmizləyən avadanlığın alınması, su problemi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbul zamanı H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
H.Əsədov Bərdə rayonunun Mehdili kəndində “Qarabağ” Aqrar Sənaye Kompleksində fermalarla, sağım sistemi ilə, “
Bərdə rayonunun Türkmən kəndində 500 başlıq südlük cins iribuynuzlu heyvandarlıq kompleksinə gələn H.Əsədova məlumat verilib ki, inşasına ötən il başlanılan kompleksdə mexanikləşdirilmiş ferma, sağımxana, yem və su anbarları, silos quyusu, ofis, işçilər üçün otaqlar tikilib, “Aqrolizinq” xəttilə Almaniyadan 325 baş cins inək gətirilib.
Kənd təsərrüfatı naziri sonda Tərtər rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında tikintinin gedişi ilə tanış olub.