Kənd təsərrüfatı naziri İmişlidə vətəndaşları qəbul edib

Kənd təsərrüfatı naziri İmişlidə vətəndaşları qəbul edib ​Vətəndaşlar biyan məhsulunun satışına köməklik göstərilməsi üçün nazirə müraciət ediblər
ASK
19 İyun , 2015 20:18
Kənd təsərrüfatı naziri İmişlidə vətəndaşları qəbul edib

Bakı. 19 iyun. REPORT.AZ/ Kənd təsərrüfatı naziri Heydər Əsədov iyunun 19-da İmişli rayonunda İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurumun idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, biyan məhsulunun satışına köməklik, su kanallarının bərpası, pambıq sahələrinin becərilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbul zamanı H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi