​"Kapital Bank" bazara taksit kartını çıxarıb

​"Kapital Bank" bazara taksit kartını çıxarıb "Kapitalkart" müştərilərə pulsuz təqdim olunur, xərclənən məbləğ isə 1-12, 18 və ya 24 aya bölünür
ASK
20 Noyabr , 2014 11:16
​Kapital Bank bazara taksit kartını çıxarıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Azərbaycanın "Kapital Bank" ASC özünün yeni taksit kartı – "Kapitalkart"ı müştərilərin istifadəsinə təqdim edib.

Bankın baş ofisindən "Report"a verilən məlumata görə, "Kapitalkart" Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərində, tərəfdaş olmayan ölkədaxili və ölkəxarici ticarət və xidmət nöqtələrində, həmçinin internetdə mal və xidmətlərin dəyərini hər ay bərabər hissələrlə ödəmək imkanı verən faizsiz kredit kartdır. Kart müştərilərə pulsuz təqdim olunur. Xərclənən məbləğ isə avtomatik olaraq 1-12, 18 və ya 24 aya bölünür.

"Kapitalkart"la Bankın bankomatlarından nağd pul əldə etmək və nağdlaşdırılan məbləği 1, 3 yaxud 6 aylıq taksitlə ödəmək mümkündür. Borc ödənildikcə kartın limiti bərpa olunur. "Kapitalkart" pulsuz olaraq "Kapital Bank"ın "SMS-banking" xidmətinə qoşulur.

"Kapital Bank"ın maaş və ya pensiya kartına sahib olan müştərilər "Kapitalkart"ı ilkin mərhələdə Bankın Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonunda yerləşən filiallarından əldə edə bilərlər. Yaxın zamanlarda isə "Kapitalkart"ı Bankın bütün filiallarından əldə etmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycanda ən geniş filial şəbəkəsinə malik olan "Kapital Bank"ın 89 filialı və 8 şöbəsi var. 

Son xəbərlər

Orphus sistemi