​İstanbulda toxumçuluqla bağlı beynəxalq tədbir keçirilib

​İstanbulda toxumçuluqla bağlı beynəxalq tədbir keçirilib Toplantıda toxumçuluq sahəsində inteqrasiyanın gücləndirilməsinə dair ilkin razılaşma protokolunun layihəsi müzakirə olunub
ASK
8 Yanvar , 2015 17:53
​İstanbulda toxumçuluqla bağlı beynəxalq tədbir keçirilib

Bakı. 8 yanvar. REPORT.AZ/ Yanvarın 5-8-də İstanbulda (Türkiyə) "İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində toxumçuluq sektorunun inkişaf etdirilməsi Layihəsi" çərçivəsində işçi qrupunun regional seminarı keçirilib. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Seminarda İƏT ölkələrinin nümayəndə heyətləri, FAO, İƏT və İKARDA-nın əməkdaşları iştirak ediblər. Seminarda İƏT üzvü olan ölkələrdə sortların sınağı, qeydiyyatı və qorunması, toxumçuluq və fitosanitar qaydalarının harmonizasiyası məsələləri müzakirə edilib.

Toplantıda Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov "Azərbaycanda toxumçuluq sisteminin təhlili" mövzusunda çıxış edib.

Yekunda İƏT ölkələrində bu sahənin daha da inkişafı və müvafiq qaydaların uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi sahəsində yol xəritəsi və toxumçuluq sahəsində inteqrasiyanın gücləndirilməsinə dair ilkin razılaşma protokolunun layihəsi müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi