İranla Azərbaycanda birgə dərman istehsalı müəssisəsinin yaradılması müzakirə olunub

İranla Azərbaycanda birgə dərman istehsalı müəssisəsinin yaradılması müzakirə olunub Azərbaycanda əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasına dair İranın “Darou Pakhsh” şirkəti ilə danışıqlar aparılır
ASK
11 Mart , 2016 19:11
İranla Azərbaycanda birgə dərman istehsalı müəssisəsinin yaradılması müzakirə olunub

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İranın səhiyyə və tibbi təhsil nazirinin müavini, Ərzaq və Dərman Məhsulları Təşkilatının sədri Rəsul Dinarvəndinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un nazirliyə istinadən verdiyi xəbəər görə, görüşdə Ş.Mustafayev son illərdə ölkələr arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, Azərbaycan Prezidentinin İrana səfərindən sonra qarşılıqlı əlaqələrin daha da intensivləşdiyini vurğulayıb. Ölkələrin iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də səhiyyə sahəsində əməkdaşlıq etdiyini qeyd edən nazir hazırda Azərbaycanda əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasına dair İranın “Darou Pakhsh” şirkəti ilə danışıqların aparıldığını, müəssisənin təşkili üçün Sumqayıt Kimya Sənaye Parkında müvafiq yerin təklif edildiyini bildirib. Qeyd olunub ki, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər.

İraının səhiyyə və tibbi təhsil nazirinin müavini Rəsul Dinarvəndi Azərbaycan Prezidentinin İrana fevral ayındakı səfərindən sonra digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayıb. İranın tibb və dərman istehsalı sahələrində təcrübəsini qeyd edən Rəsul Dinarvəndi Azərbaycanla birgə əczaçılıq məhsulları istehsalı müəssisəsinin yaradılmasının İran tərəfindən dəstəkləndiyini, “Darou Pakhsh” şirkəti ilə yanaşı, digər İran şirkətlərinin də cəlb oluna biləcəyini vurğulayıb. Bundan başqa, Azərbaycan xəstəxanalarının təchizatı, təcrübə mübadiləsi və müalicə sahəsində birgə əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur.

Görüşdə Azərbaycanda birgə dərman istehsalı müəssisəsinin yaradılması, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 

Son xəbərlər

Orphus sistemi