İran şirkətləri Azərbaycanda toxumçuluq sahəsində əməkdaşlıqda maraqlıdır

İran şirkətləri Azərbaycanda toxumçuluq sahəsində əməkdaşlıqda maraqlıdır Bu gün Kənd Təsərrüfatı Nazirliyində iranlı iş adamları ilə görüş keçirilib
ASK
30 Avqust , 2016 17:26
İran şirkətləri Azərbaycanda toxumçuluq sahəsində əməkdaşlıqda maraqlıdır

Bakı. 30 avqust.REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Bakıda səfərdə olan İranın buğda toxumu istehsalı sahəsində fəaliyyət göstərən sahibkarları ilə görüşüb. 

Nazirlikdən "Report"a daxil olan məlumata görə, görüşdə məqsəd toxumçuluq sahəsi üzrə ikitərəfli əməkdaşlığın müzakirəsi olub. İ.Quliyev dövlətin aqrar sahəyə göstərilən diqqət, kənd təsərrüfatının müxtəlif sahələrinə verilən subsidiyalar, olunan güzəştlər, o cümlədən buğda istehsalının stimullaşdırılmasına, həmçinin toxum və ting istehsalına dövlət tərəfindən verilən yardımlar barədə məlumat verib.

Nazir müavini  kənd təsərrüfatının prioritet bir sahə olduğunu, ölkə başçısının əhalinin ərzaq məhsullarına olan təlabatının daxili istehsal hesabına ödənilməsini qarşıya bir məqsəd qoyduğunu, həmçinin iri taxılçılıq təsərrüfatlarının yaradılmasına önəm verildiyini, bu sahənin daha da inkişaf etdirilməsi üçün toxumçuluğun elmi əsaslarla inkişafının vacibliyi bildirərək bu sahədə İran ilə əməkdaşlığa önəm verdiyini qeyd edib.

İ.Quliyev Azərbaycanda toxum fondunun yaradılmasının əhəmiyyətindən danışaraq hər iki ölkənin torpaq iqlim şəraitini nəzərə alaraq bu sahədə birgə müəssələrin yaradılmasını və toxum mübadiləsinin aparılmasının vacibliyini bildirib.

İranın "Pishgaman Sabz Urmia" şirkətinin icraçı direktoru Sirvan Ərdalanzadə toxumçuluq sahəsi üzrə əməkdaşlığa maraqlı olduğunu, eyni zamanda İranda əkilən arpa və buğda sortlarının Azərbaycanda, Azərbaycanda da əkilən arpa və buğda sortlarının isə İranda sınaqdan keçirilməsinin maraqlı olduğunu nəzərə çatdırıb.

S.Ərdalanzadə şirkətinə 200-dən çox sahibkarın üzv olduğunu 75 buğda və arpa sortlarının toxumçulğu ilə məşğul olduğunu, 400 min ton arpa və buğda toxumu istehsal etdiyini və toxuma təlabatın 90%-nin bu şirkət tərəfindən ödənildiyini bildirib.

Qonaqlar 4 gün müddətində Azərbaycanda toxumçuluq şirkətlərinin fəaliyyəti ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi