​İqtisadiyyat Nazirliyində ət və süd məhsulları istehsalçıları ilə görüş keçirilib

​İqtisadiyyat Nazirliyində ət və süd məhsulları istehsalçıları ilə görüş keçirilib Görüşdə 15 istehsalçı müəssisənin nümayəndələri iştirak edib
ASK
19 Yanvar , 2016 18:16
​İqtisadiyyat Nazirliyində ət və süd məhsulları istehsalçıları ilə görüş keçirilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyində ət və süd məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 15 istehsalçı müəssisə nümayəndələrinin iştirakı ilə görüş keçirilib. 

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə əhalinin tələbatının yerli istehsal hesabına ödənilməsi istiqamətində mühüm tədbirlər görüldüyü qeyd edilib.

Tədbirdə ət və süd məhsulları istehsalı sahəsinin inkişafı, bu məhsullara olan tələbatın tamamilə yerli istehsal hesabına təmin edilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması imkanları və istehsalçıları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.

Müəssisələrin nümayəndələri yerli məhsulların maya dəyərinə təsir edən əsas amillər - yem komponentləri, qablaşdırma və emal prosesində istifadə olunan materialların və istehsal təyinatlı avadanlıqların idxalına güzəştlərin tətbiqi, ölkədə yem istehsalı üçün əlavə əkinə yararlı torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi, yerli istehsalın dəstəklənməsinin gücləndirilməsi və s. barədə təkliflər səsləndiriblər.

Son xəbərlər

Orphus sistemi