​İmişlidə 100-dək sahibkara 900 min manat güzəştli kredit verilib

​İmişlidə 100-dək sahibkara 900 min manat güzəştli kredit verilib Verilən kreditlər heyvandarlıq, tərəvəzçilik, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcək
ASK
29 Yanvar , 2015 16:44
​İmişlidə 100-dək sahibkara 900 min manat güzəştli kredit verilib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu ilin əvvəlindən Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 207 sahibkara 3,3 mln. manat həcmində güzəştli kredit verilib. “Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, bunu yanvarın 29-da SKMF-in İmişli rayonunun Ölcələr kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, İmişlidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir. 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində İmişli rayonunun iqtisadi potensialının reall aşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, intensiv bağçılıq təsərrüfatlarının, “yaşıl market”in və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Qeyd edilib ki, ümumilikdə indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9 466 investisiya layihəsinin maliyyələşdirilməsinə 408,6 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzləri, quşçuluq fabrikləri, cins iri buynuzlu heyvandarlıq kompleksləri, çörək zavodları, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələri, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması kimi sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 700-dən çox yeni iş yerinin açılmasına imkan yaranıb.

Tədbir çərçivəsində İmişli və ətraf rayonlardan olan 98 sahibkara 896 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, taxılçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 140-dan çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində İmişlidə güzəştli kredit ayrılmış 3 800 ha ərazidə iri fermer təsərrüfatına baxış keçirilib. Bu təsərrüfata SKMF tərəfindən 5 mln. manat güzəştli kredit verilib. Ümumilikdə 30 min hektardan artıq ərazidə 19 iri fermer təsərrüfatının yaradılmasına 47,3 mln. manat dövlətin güzəştli kreditləri verilib.

Son xəbərlər

Orphus sistemi