İlham Əliyev qırğız həmkarı Almazbek Atambayevə təbrik məktubu göndərib

İlham Əliyev qırğız həmkarı Almazbek Atambayevə təbrik məktubu göndərib Prezident İlham Əliyev qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyib
ASK
30 Avqust , 2016 18:33
İlham Əliyev qırğız həmkarı Almazbek Atambayevə təbrik məktubu göndərib

Bakı. 30 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, Azərbaycanın dövlət başçısının təbrik məktubunda deyilir: 

"Hörmətli Almazbek Şarşenoviç,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və bütün Qırğızıstan xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Əminəm ki, xalqlarımızı bir-birinə bağlayan çoxəsrlik dostluq telləri və xeyirxah ənənələr bundan sonra da Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin genişlənməsi üçün əsas olacaqdır.

Hörmətli Almazbek Şarşenoviç, Sizə möhkəm cansağlığı və uğurlar, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq diləyirəm."

Son xəbərlər

Orphus sistemi