İçərişəhərdə yaşıllaşdırma işləri ilə əlaqədar tender elan olunub

İçərişəhərdə yaşıllaşdırma işləri ilə əlaqədar tender elan olunub Tenderdə iştirak etmək üçün sənədlər fevralın 24-dək təqdim edilməlidir
ASK
3 Fevral , 2016 01:04
İçərişəhərdə yaşıllaşdırma işləri ilə əlaqədar tender elan olunub

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti tender elan edib.

“Report”un xəbərinə görə, tender İçərişəhər ərazisində yaşıllaşdırma işlərinin satınalınması ilə bağlıdır.

Tenderdə iştirak etmək üçün sənədlər fevralın 24-dək təqdim edilməlidir.

İddiaçıların təklifləri martın 7-də açılacaq.

Son xəbərlər

Orphus sistemi